Bedava MP3 müzik indirme sitesi

Qoroskop Burcler

Gundelik Namaz Vaxtlari

Chat + Tanisliq

İnsan Qəlbi - Qısa Hekayə

İnsan Qəlbi - Qısa Hekayə

Bir gün xasiyyəti çox ağır olan bir gəncin atası oğlunu yanına çağıraraq ona bir kisə mismar verir və tapşırır ki hər dəfə kiminsə xətrinə dəyib incitdikdə bu mismarlardan birini həyətin qapısına çalsın. Birinci gün oglan 30-a qədər mismar işlədir. Get-gedə sebrli və təmkinli olmaga çalişan gənc vurduğu mismarların sayını gündən-günə azaldır. Təmkinini qorumağın mismar vurmaqdan daha asan olduğunu görən oğlan bir neçə həftədən sonra gün ərzində bir dənə də mismar vurmadığını görüb bunu atasına deyir. Ata bu dəfə oğluna hər dəfə yenə də təmkinini qorumağı bacardıgı zaman bu mismarlardan birini çıxarmağı tapşırır.
Bir neçə vaxtdan sonra qapıda mismar qalmır. Ata oglunu həmin taxta qapiya yaxınlaşdıraraq deyir: Oğlum, sən özünü çox yaxşı aparmısan. Lakin görürsən qapıda nə qədər deşik qalıb. Bu deşiklər bir daha heç nə ilə örtülməyəcək. Bax insan qəlbi də bu qapı kimidir. Hər bir deyilmiş acı söz bu qəlbi yaralayır və sən bundan sonra nə qədər də üzr istəsən, konlünü alsan da bu insanın qəlbində də belə yaralar qalır. Odur ki hər bir sözu deməzdən, hər bir hərəkəti etməzdən öncə bunun kimisə yaralaya biləcəyindən ehtiyat et.
Mən sizə yaxınlarinızın, sevdiklərinizin və əlbətdə sizi sevənlərin qəlblərinə ehtiyatla yanaşmağı arzulayıram. Özüm də bu yaxınlarda qəlbinə dəydiyim mənə çox yaxın bir insandan üzr istəyirəm. Qəlbində yaralar qalsa da...

Kategoriya: Yeni Hikayeler   Baxilib: 14  



Öz fikrini yaz


DİGƏR MƏQALƏLƏR